Yunan-Roma güləşçilərimiz “Təxti kuboku”nda ikinci olublar

Yunan-Roma güləşçilərimiz “Təxti kuboku”nda ikinci olublar

İranın Əndimeşk şəhərində keçirilən yunan-Roma güləşi üzrə “Təxti kuboku” turniri başa çatıb. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, 39-cu dəfə təşkil olunan ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 10 güləşçi təmsil edib.

İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanlarının mübarizə apardığı turnirdə Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıblar.

Mikayıl Rəhimov (60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq) və Elməddin Ramazanov (82 kq) beşinci yerlə kifayətləniblər. Komanda hesabında millimiz 134 xalla 2-ci yeri tutub. İran (240 xal) birinci, Gürcüstan (109 xal) isə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə