Leandru Jardim “Monako”nun baş məşqçisi oldu

Leandru Jardim “Monako”nun baş məşqçisi oldu

Fransanın “Monako” klubunun baş məşqçisi Tyerri Anri komandadan istefaya göndərildikdən sonra komanda yeni çalışdırıcının adını açıqlayıb. “L'Equipe” yazır ki, bu, klubu 2017-2018-ci il mövsümündə çalışdıran portuqaliyalı mütəxəssis Leandru Jardimdir. Klubun vitse-prezidenti Vadim Vasilyev yeni baş məşqçi ilə 1,5 illik müqavilə imzalanacağını bildirib. Həmçinin Tyerri Anrinin gedişindən sonra klubun idman direktoru Maykl Emanolanın da vəzifəsindən azad olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə