"Keşlə" Rusiya klubunu məğlub edib

"Keşlə" Rusiya klubunu məğlub edib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə" bu gün son yoxlama matçını keçirib. SİA-nın məlumatına görə, paytaxt klubu Rusiya I Divizion təmsilçisi "Çertanovo" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Keşlə" bundan əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Serbiyanın "Dinamo"suna (Vranye) 0:2, Qazaxıstan "Atırau"suna 1:3 hesabı ilə uduzub.

25 yanvar

13:00. "Keşlə" - "Çertanovo" (Rusiya) 1:0
Qol:
Slavik Alxasov, 65

Bütün xəbərlər Facebook səhifəmizdə