AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

Martın 4-də, saat 10:00-da, “Hilton” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. SİA-nın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Konfransa giriş dəvətnamə ilə olacaq.

Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə