Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarından ikisinin stadionu dəyişdirilib. SİA-nın məlumatına görə, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçiriləcək qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda (BOS) deyil, "Bakcell Arena"da oynanılacaq.
Mayın 29-da BOS-da Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq bu qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB