"Monako"da yaxın vaxtlarda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məumata görə, knyazlıq təmsilçisinin yaxın 48 saatda Leonardu Jardim yenidən klubun baş məşqçisi təyin edəcəyi iddia olunur. Bu halda o, hazırkı çalışdırıcı Tyerri Anrini əvəzləyəcək.
Baş məşqçi dəyişikliyinə səbəbin komandanın cari mövsüm uğursuz çıxışı olduğu bildirilib.
Qeyd edək ki, Jardim 2014-cü ildən 2018-ci ilin oktyabrına kimi "Monako"nu çalışdırıb. Sonra o, istefaya göndərilərək komandanın başına Tyerri Anri gətirilib.
Əlavə edək ki, "Monao hazırda Fransa liqasında 15 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasında qrup mərhələsini sonuncu pillədə başa vurub, Fransa kubokunda mübarizəni dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB