Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" bu gün son yoxlama matçını keçirəcək. SİA-nın məlumatına görə, rəqib Rusiya I Divizionunda çıxış edən "Çertanovo" olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, "Keşlə" bundan əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Serbiyanın "Dinamo"suna (Vranye) 0:2, Qazaxıstan "Atırau"suna 1:3 hesabı ilə uduzub.
25 yanvar
13:00. "Keşlə" - "Çertanovo" (Rusiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB