Mərkəzi Afrika Respublikasının futbol rəhbəri ekstradisiya olunub

Mərkəzi Afrika Respublikasının futbol rəhbəri ekstradisiya olunub

Mərkəzi Afrika Respublikası Futbol Federasiyasının başçısı, eyni zamanda, radikal xristian qruplaşmasına rəhbərlik edən Patris-Eduar Nqaissona Beynəlxalq Cinayət Məhkəməsinin müraciətinə əsasən Haaqaya ekstradisiya olunub. Fransa ərazisində tutulan P.Nqaissona hərbi və insanlığa qarşı cinayətlərdə təqsirləndirilir.

O, Mərkəzi Afrika Respublikasında müsəlmanların çoxsaylı qətllərində, işgəncələrdə və onların təqibində məsuliyyət daşıyan iri silahlı dəstənin lideri hesab edilir. Bu zəmində minlərlə insan öldürülüb, yüz minlərlə insan isə ölkəni məcburi tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə