"Ayaks"ın yarımmüdafiəçisi Frenki De Yonqun "Barselona"ya keçidinin detalları məlum olub. "Mundo Deportivo" nəşrinin yazdığına görə, kataloniyalılar transferinə bonuslarla birlikdə 86 milyon avro ödədiyi 21 yaşlı futbolçu ilə 2023-2024 mövsümünün sonuna kimi müqavilə imzalayıb. İspan klubu hollandiyalı oyunçuya 400 milyon avro təzminat qiyməti qoyub. Qeyd edək ki, De Yonq "Barselona"ya yayda qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB