"Barselona" Suarezə xəbərdarlıq edib

"Barselona" Suarezə xəbərdarlıq edib

"Barselona"nın yarımmüdafiəçisi Denis Suarez gələcəyi ilə bağlı qərar verməlidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla bağlı Suarezə xəbərdarlıq edilib. 25 yaşlı futbolçu özünə klub seçməsə, mövsümün sonunadək Kataloniya klubunda forma geyinməyəcək. "Barselona" yarımmüdafiəçini 20 milyon qarşılığında "Betis"lə "Sevilya"ya təklif edir. Suarez isə "Arsenal"da oynamaq arzusundadır. Onun İngiltərə klubuna keçidi icarə əsasında mümkündür. "Barselona" tam transfer tələb etdiyindən tərəflər razılığa gələ bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə