Kuarejma "Beşiktaş"dan ayrılmaq niyyətindədir

Kuarejma "Beşiktaş"dan ayrılmaq niyyətindədir

"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma klubdan ayrılmaq niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 35 yaşlı portuqaliyalı ailə məsələsinə görə getmək istədiyini bildirib. Lakin İstanbul klubu, müqaviləni birtərəfli qaydada pozan futbolçudan 3 milyon avro tələb edir. Kuarejma tələb olunan məbləği ödəyəndən sonra ayrıla bilər. Portuqaliyalının ayrılığı baş tutsa,"Beşiktaş" "Şalke 04"ün ukraynalı futbolçusu Yeven Konoplyankanı icarə əsasında heyətinə gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə