"Everton" yarımmüdafiəçisi İdrisso Quyeni qışda göndərməyi düşünmür. SİA-nın məlumatına görə, 29 yaşlı futboçu PSJ-nin diqqət mərkəzindədir. Hətta onun bu həftə 25 milyon avro qarşılığında Paris klubu ilə müqavilə bağlayacağı deyilirdi. Lakin Everton seneqallı ilə bağlı heç bir təklif almadığını və gələn təklifləri geri çevirəcəyini açıqlayıb.
Quye PSJ-nin baş məşqçisi Tomas Tuxelin transfer siyahısındadır. Çalışdırıcı klubdan ayrılmağa hazırlaşan Adrien Rabyo və Lissana Diarranın yerinə seneqallını gətirməyi nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB