"Qalatasaray"ın sabiq futbolçusunun yeni klubu müəyyənləşib

"Qalatasaray"ın sabiq futbolçusunun yeni klubu müəyyənləşib

"Qalatasaray"ın sabiq futbolçusu Cem Pol Karacanın yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, hazırda boşda olan 29 yaşlı mərkəz xətt oyunçusu Avstraliyada "Sentral Kost Mariners"ə transfer olub.

Futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlayan Avstraliya təmsilçisi bu haqda rəsmi məlumat verib.

Superliqada "Qalatasaray" və "Bursaspor"un formasını geyən Karacan, Türkiyədən ayrıldıqdan sonra "Bolton" və "Millual"da oynamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə