“Tata Steel Masters-2019”da 10-cu tur başa çatıb

“Tata Steel Masters-2019”da 10-cu tur başa çatıb

“Tata Steel Masters-2019” turnirində 10-cu turun oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov çinli Dinq Liren, Teymur Rəcəbov isə ABŞ təmsilçisi Samuel Sanklandla mübarizə aparıb. Hər iki qarşılaşma heç-heçə başa çatıb.

On turun nəticəsinə görə, Ş. Məmmədyarovun 4, T. Rəcəbovun isə 5 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə