“Göztəpə” “Antalyaspor”u darmadağın edib

“Göztəpə” “Antalyaspor”u darmadağın edib

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunları davam edir. Matç.az xəbər verir ki, dünən axşam daha 3 qarşılaşma baş tutub.

“Göztəpə” “Antalyaspor”u darmadağın edərək, 1/4 finala yüksəlib. Digər iki cütdə isə “Trabzonspor”la “Yeni Malatyaspor” ikinci dəfə rəqibinə qalib gələrək tur adlayıb.

Türkiyə kuboku

1/8 final

Cavab oyunları

23 yanvar

“Göztəpə” – “Antalyaspor” – 3:0

Çelik, 21-ö.q., Günlər, 39, Kadah, 66

İlk oyun – 3:3

“Balıkəsirspor” – “Trabzonspor” – 1:3

Belek, 34 – Novak, 32, Parmak, 59, 87

İlk oyun – 1:2

“Bodrumspor” – “Yeni Malatyaspor” – 1:2

Türkdoğan, 61 – Alıcı, 79, Şişmanoğlu, 87

İlk oyun – 2:3

Bütün xəbərlər Facebook səhifəmizdə