İspaniyanın “Barselona” klubu Hollandiyanın “Ayaks” komandasının gənc futbolçusu Frenki De Yonqu transfer edib. Klubun rəsmi saytında yer alan məlumata görə, 21 yaşlı yarımmüdafiəçi Katalonya təmsilçisinə yayda keçəcək. Keçidin maliyyə məsələləri də açıqlanıb. “Barselona” De Yonq üçün “Ayaks”a 75 milyon avro ödəyəcək.
Qeyd edək ki, Frenki De Yonq Hollandiyanın “Vilyem II” klubunun yetirməsidir. O, cari mövsüm "Ayaks"ın heyətində 40 oyunda meydana çıxıb və 3 qolla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB