Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarının Atatürk zirvəsinə yürüşü zamanı xatirə abidəsinin ətraf mühitin fiziki proseslərinə məruz qalaraq qismən aşılandığı məlum olub. Siasport.az saytı xəbər verir ki, federasiya rəhbərliyi təcili olaraq xüsusi qrupun təşkil olunması və xatirə abidəsinin bərpa olunması barədə qərar qəbul edib. Yeni ilin ilk günlərində federasiyanın təcrübəli idmançısı İlqar İsrafilovun rəhbərliyi ilə xüsusi qrup təşkil olunaraq Atatürk zirvəsinə yürüş edilib və Atatürkün xatirəsinə zirvədə qoyulmuş abidə yüksək səviyyədə bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB