Region Liqasında ikinci dövrənin hazırlığına start verən "FC Baku" bu gün ikinci yoxlama görüşünü keçirib. SİA-nın məlumatına görə, Vüqar Nadirov, Aleksandr Şemonayev, Murad Səttarlı, Tərlan Qasımzadə kimi futbolçuları olan paytaxt klubu "Dalğa Arena"da I Divizion təmsilçisi MOİK-lə qarşılaşıb. Görüş "FC Baku"nun 4-1 hesbalı qələbəsiylə yekunlaşıb.
"Baku"nun heyətində Eltun Hüseynov het-trik edib. Digər qolu isə Sabir Allahquliyev vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB