Qonzalo İquain "Çelsi"də oyanyacaq

Qonzalo İquain "Çelsi"də oyanyacaq

İcarə əsasında "Milan"da çıxış edən, müqavilə ilə isə "Yuventus"a məxsus olan Qonzalo İquain bu gün Londona gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onun bu gün "Çelsi"də tibbi müayinədən keçəcəyi və rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, İngiltərə klubunun İquaini cari mövsümün sonuna kimi icarəyə götürəcəyi iddia olunur. London təmsilçisinin "Yuventus"a 9 milyon avro icarə haqqı ödəyəcəyi bildirilir. Klub yayda 36 milyon avro ödəyərək 31 yaşlı oyunçunu birdəfəlik ala biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə