"Tottenhem"in futbolçusu Dele Alli zədələnib. SİA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Fulhem"lə matçda zədə alıb. Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.
Qeyd edək ki, Allidən öncə komandanın əsas qol silahı Harri Keyn sıradan çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB