"Neftçi"də yeni legioner - VİDEO

Transfer çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu ilə anlaşıb. SİA-nın məlumatına görə, "ağ-qaralar" Yunanıstan Super Liqasında çıxış edən OFI klubundan Vanqelis Platellasın transfer edib. Paytaxt klubu "facebook" səhifəsində bununla bağlı video paylaşıb. 30 yaşlı vinqerlə müqavilənin şərtləri barədə məlumat verilməyib.

Qeyd edək ki, AEK, "Atromitos", "Aris" kimi klublarda çıxış edən futbolçu ötən ildən OFI-də oynayırdı. Platellas 2015-ci ildən Yunanıstan millisinə ara-sıra dəvət alır. Lakin o, yığmada debüt şansı qazanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə