Bu gün "Keşlə" "Atırau" ilə qarşılaşacaq

Bu gün "Keşlə" "Atırau" ilə qarşılaşacaq

Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxacaq. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi 3-cü sınağında Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşacaq. Premyer Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq və "Starlight Resort Hotel"inin meydançasında oynanılacaq.

Qeyd edək ki, bundan əvvəl Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2 hesabı ilə uduzan "Keşlə" Antalyada sonuncu oyununu Rusiya "Çertoanovo"suna qarşı keçirəcək.

Yoxlama oyunu
23 yanvar
17:00. "Keşlə" (Azərbaycan) - "Atırau" (Qazaxıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə