"Tottenhem"in futbolçusu zədələnib

"Tottenhem"in futbolçusu zədələnib

"Tottenhem"in futbolçusu Dele Alli zədələnib. İngilis klubunun saytında yer alan xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Fulhem"lə matçda zədə alıb.Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, D.Alli cari mövsüm 17 matçda 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə