Luis Adriano "Qalatasaray"ın hədəfində!

Luis Adriano "Qalatasaray"ın hədəfində!

"Spartak"ın hücumçusu Luis Adriano karyerasını Türkiyədə davam etdirə bilər. Rusiya mətbuatının yazdığına görə, "Qalatasaray" braziliyalı futbolçu üçün Moskva klubuna rəsmi təklif göndərib. "Sarı-qırmızılılar" 31 yaşlı forvard üçün ruslara 6 milyon avro təklif edib. Premyer Liqa təmsilçisi isə türklərdən 10 milyon avro istəyir.

Qeyd edək ki, 2017-ci ildən "Spartak"da çıxış edən Adriano ilə "Beşiktaş" da maraqlanır. Təcrübəli futbolçu bu mövsüm Rusiya çempionatında 14 oyuna 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə