"Sumqayıt" növbəti yoxlama görüşü keçirib

"Sumqayıt" növbəti yoxlama görüşü keçirib

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşünə çıxıb. Ayxan Abbasovun komandası Makedoniyanın yüksək liqasında çıxış edən "Vardar"la qarşılaşıb. Görüş "gənclik şəhəri" təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk sınaq matçında Qazaxıstan klubu "Jetısu" il bərabərə qalan (1:1)"Sumqayıt" son oyununu yanvarın 26-da "Zemun"a (Serbiya) qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə