Türkiyənin "Başakşəhər" klubu daha bir məşhur futbolçunu heyətinə cəlb edib. Türkiyə klubunun saytında yer alan xəbərə görə, Superliqanın lideri "Şanxay Şenhua"dan (Çin) Demba Banın transferini bitirib. İstanbul klubu seneqallı forvardla müqavilə şərtlərini açıqlamayıb.
33 yaşlı futbolçu "Hoffenhaym", "Vest Hem", "Nyukasl", "Çelsi", "Beşiktaş" və "Göztəpə" kimi klublarda çıxış edib. Qeyd edək ki, "Başakşəhər" daha öncə Braziliya millisinin sabiq üzvü Robinyonu transfer edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB