Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın "Şaxtyor"la yoxlama oyununun başlama saatı məlum olub. Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, yanvarın 26-da keçiriələcək qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Görüşün yeri barədə isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, "Şaxtyor"la oyun "Qarabağ"ın Antalyada sonuncu yoxlama matçı olacaq. Ağdam klubu yanvarın 23-də isə Polşa "Piast"ı ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası buna qədər keçirdiyi sınaq matçlarında Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzub, Çexiya təmsilçisi "Bohemians"a isə qalib gəlib - 3:1. Rumıniya "Botoşani"si ilə matç isə güclü yağışa görə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB