Azərbaycanın taekvondoçuları beynəlxalq turnirə hazırlaşır

Azərbaycanın taekvondoçuları beynəlxalq turnirə hazırlaşır

Azərbaycanın taekvondo üzrə yığma komandası hazırda İsmayıllıda təlim-məşq toplantısındadır.SİA-nın xəbərinə görə, bu tədbir başa çatdıqdan sonra yanvarın 15-də idmançılar Koreyaya yola düşəcək, orada keçirilən toplantıda da iştirak edəcəklər. Məşqlərin əsas məqsədi Amerikada keçiriləcək beynəlxalq turnirə hazırlaşmaqdır.

ABŞ-da Azərbaycan milli komandasının baş məşqçisi, koreyalı mütəxəssis Con Benin rəhbərliyi altında keçiriləcək yarışlarda 14 taekvondoçu iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə