"Qarabağ" Antalya hazırlığını davam etdirir - VİDEO

"Qarabağ" Antalya hazırlığını davam etdirir - VİDEO

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, Ağdam komandası günü iki məşqlə tamamlayıb.

"Qarabağ"ın ilk məşqi fitnes zalında tutub və təxminən bir saat davam edib. Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb. Futbolçular bu hazırlığın ilk hissəsində isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetiriblər.

Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb. Bu dueldə isə "bozlar" qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə