PSJ müdafiə xəttini gücləndirmək niyyətindədir

PSJ müdafiə xəttini gücləndirmək niyyətindədir

PSJ müdafiə xəttini gücləndirmək niyyətindədir. SİA-nın məlumatına görə, Paris klubu "Everton"un yarımmüdafiəçisi İdrissu Quyeni heyətə gətirməyi planlaşdırır. PSJ 29 yaşlı seneqallıya 25 milyon avro ödəməyə hazırdır. Lakin İngilis klubu daha çox pul tələb edir. Futbolçu ilə bağlı danışıqlar müvəqqəti dayandırılıb. Buna səbəb PSJ-nin prezidenti Nasser Əl-Xələfinin anasının ölümü olub.

Parislilərin baş məşqçisi Tomas Tuxel "Napoli"dən Allanla da maraqlanır. İtaliya klubu isə futbolçunu100 milyon avroya satır.

Bütün xəbərlər Facebook səhifəmizdə