İtaliyanın “Ferrari” komandasının rəhbərliyi yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik ilə müqavilə imzalayıb. SİA-nın komandanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gənc pilot “Skuderiya” yürüş akademiyasının pilotu seçilib.
Mik Şumaxer ötən mövsümdə Avropa Formula 3 yarışlarının qalibi olub, 2019-cu ildə isə Formula 2 yarışlarında çıxış edəcək.
“Ferrari” komandasının rəhbəri Mattia Binotto deyib: “Miki doğulduğu gündən tanıyan mənim kimi insanlar üçün aydın idi ki, Şumaxerin “Ferrari”yə dəvət edilməsi emosional məqamdır. Lakin biz onu, gənc olmasına baxmayaraq artıq aşkar görünən istedadına, habelə peşəkar və insani keyfiyyətlərinə görə seçmişik”.
“Ferrari” yürüş akademiyasının üzvləri arasında Kaylum Aylott, Markus Armstronq, Robert Şvartsman, Cüliano Alezi, Entso Fittipaldi və Canluka Petekov da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB