“Neftçi”nin baş məşqçisi: "Yaxşı və vacib sınaq oldu"

“Neftçi”nin baş məşqçisi: "Yaxşı və vacib sınaq oldu"
"Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi”. Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qaz Metan” klubu ilə keçirilən yoxlama matçından (3:0) sonra klubun saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis qələbəyə baxmayaraq, problemlərin olduğunu bildirib: “Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com