“Səbail”in “Sürix”lə oyununun vaxtı müəyyənləşib

“Səbail”in “Sürix”lə oyununun vaxtı müəyyənləşib

Antalyada təlim-məşq toplanışında olan “Səbail”in növbəti yoxlama matçının vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi yanvarın 19-da İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

“Miracle Resort” idman kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstanın I Divizion klubu “Aqvital”ı 3:2 hesabı ilə məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə