Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün birinci yoxlama görüşünü keçirəcək. SİA-nın məlumatına görə, Samir Abasovun komandası Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Zirə" əslində yanvarın 15-də ilk oyununu keçirməli idi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) qarşılaşmanın ləğvinə səbəb olmuşdu.
Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) ilə yoxlama oyunu keçirəcək.
18 yanvar
17:00. "Zirə" - "Voluntari" (Rumıniya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB