Futbol üzrə Türkiyə superliqasının lideri "Başakşəhər" baş məşqçisi Abdullah Avcı ilə yeni müqavilə imzalayıb. Kubun saytında yer alan xəbərə görə, 55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb. Qeyd edək ki, Abdullah Avcı 2014-cü ildən "Başakşəhər"i çalışdırır. Onun komandası 35 xalla ölkə çempionatında birinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə