İtaliya Superkubokunun sahibi müəyyənləşib

İtaliya Superkubokunun sahibi müəyyənləşib

İtaliya Superkubokunun sahibi müəyyənləşib. SİA-nın məlumatına görə, həlledici qarşılaşmada "Yuventus" və "Milan" klubları üz-üzə gəlib. Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüş Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, A Seriyasının son qalibi olan "Yuventus" ötən mövsüm ölkə kubokunu da qazandığı üçün Superkubok uğrunda matçda məhz finalda məğlub etdiyi Milan təmsilçisi ilə qarşılaşıb.

16 yanvar
İtaliya Superkuboku
"Yuventus" - "Milan" 1:0
Qol
: Kriştiano Ronaldo, 81

Bütün xəbərlər Facebook səhifəmizdə