“Sumqayıt” İran klubundan futbolçu transfer edib

“Sumqayıt” İran klubundan futbolçu transfer edib

2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti transferini açıqlayıb. Klubun rəsmi saytında yer alan məlumata görə, "kimyaçılar" “Maşınsazi”də çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babayi ilə müqavilə imzalayıb. 1,5 illik icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq Babayi yeni komandasında 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Traktorsazi”nin yetirməsi olan Peyman Babayi Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostaresh Foolad” (26 oyun, 7 qol) və “Maşinsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə