Markos Roxo "qırmızı şeytanlar"dan ayrılır?

Markos Roxo "qırmızı şeytanlar"dan ayrılır?

“Mançester Yunayted”in futbolçusu Markos Roxo klubu tərk etməyə hazırlaşır. İngilis mətbuatının yazdığına görə, əsas heyətə düşə bilməyən argentinalı müdafiəçi özünə yeni klub axtarır. Zədəli olduğu üçün “Mançester Yunayted”in Dubaydakı toplanışını tərk edərək Argentinaya qayıdan Roxonun geri qayıtmaq istəmədiyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçunun “qırmızı şeytanlar”la 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə