Almaniyanın “Ştutqart” futbol komandası İstanbulun “Qalatasaray” klubunun müdafiəçisi Ozan Məhəmməd Kabakı heyətinə qatıb. “Qalatasaray”ın saytında yer alan məlumatda deyilir ki, 18 yaşlı müdafiəçi “Ştutqart”a 12 milyon avro qarşılığında transfer olunub. Müdafiəçi “Qalatasaray”da ilk debütünü cari mövsümdə edib. Kabak UEFA Çempionlar Liqasında 4, Türkiyə Super Liqasında isə 13 oyun keçirib.
Qeyd edək ki, müdafiəçi 18 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB