"Qalatasaray"da növbəti ayrılıq

Transfer fəaliyyətini davam etdirən "Qalatasaray"da növbəti ayrılıq baş tutub. SİA-nın məlumatına görə, İstanbul klubu müdafiəçisi Tarık Çamdalla yolları ayırıb.

"Sarı-qırmızılar" 27 yaşlı futbolçunu 2014-cü ildə "Əskişəhərspor"dan 4,75 milyon avroya transfer etmişdi. Almaniyanın "1860 Münhen" klubunun yetirməsi "Qalatasaray"da 4,5 mövsümə 6,95 milyon avro qazanc əldə edib. Türkiyə millisinin üzvü 42 oyunda qol vurmayıb, qol ötürməsi verməyib və 5 kubok qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə