Azərbaycan Qran-Prisinin sessiyalarının vaxtı açıqlanıb - F1

Azərbaycan Qran-Prisinin sessiyalarının vaxtı açıqlanıb - F1

Formula 1-in yaydığı mətbuat üçün xüsusi açıqlamada 2019-cu il Qran-Pri mövsümünün bütün sessiyalarının başlanma və başa çatma vaxtları elan edilib. SİA-nın məlumatına görə, 21 mərhələdən ibarət olan çempionat martın 17-də Avstraliyada start götürür və dekabrın 1-də Əbu-Dabidə başa çatır.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakıda keçiriləcək. İlk cümə məşqi yerli vaxtla saat 13:00-14:30-da, ikincisi isə 17:00-18:30-da baş tutacaq. Şənbə yürüşünün vaxtı 14:00-15:00, təsnifatı isə 17:00-18:00-da olacaq. Bazar günü yürüşü 16:10-da başlayır və günəşin qürubu ilə - 19:32-də yekunlaşır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə