“Everton” rəsmiləri fevralın 15-dək Araz Abdullayevi klubun düşərgəsində görmək istəyirlər - FOTOSLAYD
Bu gün "Neftçi" klubunun futbolçusu Araz Abdullayevin "Everton"a transferi ilə bağlı İngiltərə klubunun və flaqmanın təmsilçiləri mətbuat konfransı keçiriblər. SİA-nın məlumatına görə, konfransda "Nefçi"nin vitse-prezidenti Tahir Süleymanov, "Everton" klubunun Beynəlxalq Əlaqələr və Futbol Departamentinin rəhbəri Devid Harrison, klubun İnkişaf Departamentinin rəhbəri Con Mordak, futbolçu Araz Abdullayev və "Neftçi"nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu iştirak edib.
Konfransda çıxışlardan əvvəl T.Süleymanov Araz Abdullayevin formasını simvolik olaraq Devid Harrisona təqdim edib.
Daha sonra çıxış edən D.Harrison bu anlaşmaya görə çox şad olduğunu, "Neftçi" ilə bir çox başqa sahələrdə də əməkdaşlıq edəcəklərini qeyd edib. O, yaxın gələcəkdə Arazı "Everton"da görmək istədiklərini deyib: "Bir il əvvəl Araz diqqətimizi cəlb etdi. O, 1-2 aydan sonra bizim komandaya qoşulacaq, futbolçularla birlikdə məşqlərə qatılacaq".
Con Mordak isə "Evertonda son 15 ildə biz bir çox gənc oyunçular yetişdirildiyini bildirib: "Gənclərdən bir çoxunu komandaya cəlb etmişik". O, klubun inkişaf proqramının olduğunu, bu proqramın Araza kömək edəcəyini vurğulayıb: "Həm taktiki, həm də texniki cəhətdən lazım olan səviyyəyə çatmaq üçün Araz məşqlər eməlidir".
T.Süleymanov yay aylarında "Everton"la yoldaşlıq oyunu barədə razılıq əldə olduğunu, yaxın gələcəkdə bu matçın baş tutacağını bildirib.
Vitse-prezident "Everton" rəsmilərinin Araz üçün xüsusi məşq proqramı gətitirdiyini, fevralın 15-dək futbolçumuzu orada görmək istədiklərini qeyd edib: "Həmin vaxtadək isə Araz icarə əsasında Bakıda "Neftçi"nin heyətində çıxış edəcək. Yanvarın 1-dən demək olar ki, Araz "Everton"a məxsusdur. Flaviniyo zədəli olduğuna görə, onun burda hələ ki, məşq etməsini xahiş etdik. Mövsümün sonunda ikitərəfli saziş imzalanacaq".
Araz Abdullayev İngiltərənin belə adlı-sanlı klubuna transfer olunduğuna görə sevindiyini bildirib. O, uğurlu çıxış etmək üçün çalışacağımı qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB