Mik Şumaxer “Ferrari” ilə müqavilə bağlaya bilər

Mik Şumaxer “Ferrari” ilə müqavilə bağlaya bilər

Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer atasının sabiq komandasında sınaq pilotu ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Ferrari” komandası M.Şumaxerə sınaq pilotu müqaviləsi təklif edəcək.

Müqavilə imzalansa, pilot Bəhreyn və İspaniya Qran-Prilərindən sonra keçiriləcək bolidlərin sınaq yürüşlərində iştirak edəcək.

Qeyd edək ki, ötən il Formula 3 üzrə Avropa çempionatının qalibi olan M.Şumaxer bu ildən Formula 2 yarışlarında iştirak edəcək. O, eyni zamanda, İtaliyanın “Prema” komandası ilə əməkdaşlığını davam etdirəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə