“Zirə” bu gün Qazaxıstan klubu ilə qarşılaşacaq

“Zirə” bu gün Qazaxıstan klubu ilə qarşılaşacaq

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, Samir Abasovun komandası Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq. Premyer Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” Türkiyədə daha 3 sınaq matçı keçirəcək. Paytaxt təmsilçisi yanvarın 18-də “Voluntari” (Rumıniya), 23-də “Vorskla” (Ukrayna), 26-da isə “Şkupi” (Makedoniya) ilə qarşılaşacaq.

15 yanvar

Yoxlama oyunu

17:00. “Zirə” – “Taraz” (Qazaxıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə