İngiltərənin laun-tennis (“böyük” tennis) və kroket klubu (AELTC) Uimbldonda britaniyalı tennisçi Endi Marreyin heykəlini qoyacaq.
Britaniyanın BBC teleradioyayım korporasiyasının verdiyi məlumata görə, 31 yaşlı Marrey bildirib ki, 2019-cu ildə öz idman karyerasını tamamlamağı nəzərdə tutur. İdmançı vurğulayıb ki, iyul ayında Uimbldonda oynamaq istəyərdi, lakin omba nahiyəsində yaranmış problemlərlə əlaqədar, ola bilsin, karyerasını daha tez başa çatdıracaq. TASS agentliyinin xəbərində deyilir ki, bu halda Avstraliya Açıq Çempionatı Marreyin iştirak edəcəyi sonuncu turnir olacaq.
Uimbldon turnirinin matçları AELTS kortlarında keçirilir. Klubun icraçı direktoru Riçard Lyuis deyib: “Çoxdan qərara almışıq ki, Marrey karyerasını başa çatdıranda biz onun parlaq çıxışlarına görə ehtiramımızı bildirməliyik. Həmişə düşünürdük ki, ona heykəl qoysaq, yaxşı olar!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB