Qvardiola: "Onlara uduzuruq"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola transfer bazarının çətinliklərindən danışıb. Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, o, transfer rəqabətində "Real" və "Barselona"ya məğlub olduqlarını deyib: "Əgər bir oyunçunu almağa tək namizədsinizsə, onda transferi rəsmiləşdimək asandır. Amma eyni vaxtda bir çox klub maraqlanırsa, iş çətinləşir. Xüsusilə, əgər "Real" və "Barselona" ilə rəqabət aparırsınızsa, onda uduzursunuz. Bizim maliyyə vəziyyətimiz Avropada 8,9 və ya 10-cu sıradadır. Biz bir çox məsələlərdə stabil olmağa çalışırıq".

Qeyd edək ki, "Mançester Siti" tarixinin ən bahalı transferi Kevin De Brüynedir. İngiltərə klubu 2015-ci ildə belçikalı yarımmüdaifəçi üçün "Volfsburq"a 75 milyon avro ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə