"Real"ın futbolçusu zədələnib

"Real"ın futbolçusu Xesus Valyeho zədələnib. "Marca"nın yazdığına görə, 22 yaşlı müdafiəçi məşq zamanı zədə alıb. O, məşqi göz yaşları ilə tərk edib. Bu, Valyehonun cari mövsüm 4-cü zədəsi olub.

İspan oyunçunun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək. Qeyd edək ki, X.Valyeho 2015-ci ildən "Real"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə