Vüqar Həşimov beynəlxalq turnirdə qalib olub

Vüqar Həşimov beynəlxalq turnirdə qalib olub

İtaliyanın Recio-Emiliya şəhərində ənənəvi 53-cü beynəlxalq şahmat turniri başa çatıb. 19-cu kateqoriya daşıyan bu turnirdə Azərbaycanın idman şərəfini beynəlxalq qrossmeyster Vüqar Həşimov qoruyub.

Həmyerlimiz inamlı oyun nümayiş etdirərək 9 mümkün xaldan 6 xal toplayaraq turnirin qalibi adına layiq görülüb. Son turda Vüqar Həşimov qara fiqurlarla Amerika şahmatçısı Aleksandr Onişukla heç-heçə oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə