Yanvarın 6-da qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının beşinci turu çərçivəsində Bakının "Rabitə" klubu İtaliyanın "Skavolini" komandasının qonağı olub.
SİA-nın xəbərinə görə, gərgin idman mübarizəsi şəraitində keçən oyun 3:2 (20:25, 25:21, 25:19, 23:25, 15:6 ) hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Xatırladaq ki, ötən il dekabrın 2-də komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Azərbaycan voleybolçuları rəqibinə 3:1 hesabı ilə qalib gəliblər. "Rabitə" klubu növbəti oyununu yanvarın 11-də Bakıda Rumıniyanın "Dinamo" komandasına qarşı keçirəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB