Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyo karyerasını Azərbaycanda davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sofiya “Levski”sinin futbolçusu menecerlər vasitəsilə “Neftçi”yə təklif olunub. Hücum xəttini gücləndirməyi planlaşdıran “ağ-qaralar”ın da 23 yaşlı forvardın xidmətində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub. O, daha əvvəl "Boavişta"( Portuqaliya) və Buxarest "Dinamo"su kimi klublarda da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB